Maliyyə Nazirliyi daha 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi daha 25 mln. manatlıq istiqraz yerləşdirib İstiqrazlar üzrə kəsmə qiyməti 87,0187 manat (15,0000%), orta ölçülmüş qiymət 87,1975 manat (14,7630%) təşkil edib
Maliyyə
30 May , 2017 17:31
Maliyyə Nazirliyi daha 25 mln. manatlıq istiqraz yerləşdirib
Report

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 25 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (AZ0104011546) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 62 704 800 manat təşkil edib.

Sifarişlər 84,8167 manat (17,9999%)-87,3969 manat (14,4999%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87,0187 manat (15,0000%), orta ölçülmüş qiyməti 87,1975 manat (14,7630%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 mln. manat olub. İstiqrazların ödəmə tarixi 29 may 2018-ci ildir.

Son xəbərlər

Orphus sistemi