Yuxarı

Maliyyə Nazirliyi daha 20 mln. manatlıq istiqraz yerləşdirib

Məcmu tələb isə 89,251 mln. manatı üstələyib

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 12 investor tərəfindən 22 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 52 814 500 manat təşkil edib. Sifarişlər 91,8264 AZN (17,9989%) - 95,9400 AZN (8,5571%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 95,9400 AZN (8,5571%), ortaölçülmüş qiyməti 95,9400 AZN (8,5571%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

Eyni zamanda, BFB-da Maliyyə Nazirliyinin AZN nominallı, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirlib. Hərrac zamanı 11 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 437 000 manat təşkil edib. Sifarişlər 80,00 AZN (25,1377 %) - 91,78 AZN (9.0055 %) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 91,3700 AZN (9,4971%), ortaölçülmüş qiyməti 91,3874 AZN (9,4761%) təşkil edib. 

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 22-də (t+1) həyata keçiriləcək. İstiqrazların ödəmə tarixi isə bu il dekabrın 20-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi