Yuxarı
    Bağlamaq

    Maliyyə Nazirliyi büdcənin icrası üzrə göstəriciləri açıqlayıb

    Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər vaxtında maliyyələşdirilib

    Bakı. 18 iyul. REPORT.AZ/ Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9 262,7 mln. manat, icmal büdcənin xərcləri isə 8 226,1 mln. manat icra olunub. 

    "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, icmal büdcənin artıqlığı 1 036,6 mln. manat təşkil edib.

    Dövlət büdcəsinin icrasına (operativ) dair məlumata əsasən 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6 133,8 mln. manat, xərcləri 6 821,5 mln. manat olub, 687,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

    2016-cı altı ayında dövlət büdcəsinin mədaxili 7 771,5 mln. manat proqnoza qarşı 6 133,8 mln. manat və yaxud 21,1 faiz az icra olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,0 faiz icra edilməklə dövlət büdcəsinə 3 190,1 mln. manat vəsait təmin edillib. Həmin vəsaitin 77,8 faizi (ötən ilin eyni dövrünə nisbətən 10,6 faiz-bənd çox) və ya 2481,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 mln. manat və ya 10,8 faiz çoxdur. 2016-cı ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 118,2 faiz əməl edərək dövlət büdcəsinə 995,4 mln. manat vəsait təmin edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 mln. manat çoxdur. Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 1 886,0 mln. manat (51,7 faiz) az və ya 1 760,0 mln. manat istifadə edilib. 2016-cı ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 2 455,3 mln. manat icra olunub.

    2016-cı ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 88,8 faiz və yaxud 6 821,5 mln. manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4 faizi və yaxud 2958,5 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 mln. manat çoxdur. Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 532,0 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 mln. manat vəsait yönəldilib.

    2016-cı ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4 198,1 mln. manat icra olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi