Maliyyə Nazirliyi büdcədən vəsait alan kommersiya təşkilatlarına xəbərdarlıq edib

Maliyyə Nazirliyi büdcədən vəsait alan kommersiya təşkilatlarına xəbərdarlıq edib Müraciət büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarının hesabatlarının vaxtında təqdim edilməsi ilə bağlıdır
Maliyyə
14 Aprel , 2016 08:50
Maliyyə Nazirliyi büdcədən vəsait alan kommersiya təşkilatlarına xəbərdarlıq edib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi ictimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlara hesabatların vaxtında təqdim edilməsi ilə bağlı müraciət edib.

"Report"un Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər.

İctimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə kommersiya təşkilatlarından internet səhifəsi olduqda, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir.

Son xəbərlər

Orphus sistemi