Yuxarı
    Bağlamaq

    Maliyyə Nazirliyi 80 mln. manatlıq istiqraz satıb

    Bu gün Bakı Fond Birjasında qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib© Report.az

    Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102006548 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

    “Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 6 investor 13 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 41 430 800 manat təşkil edib. Sifarişlər 90,9771 manat (19,9999%) - 92,649 manat (15,9999%) qiymət intervalında təqdim olunub.

    Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 92,2253 manat (16,9999%), orta ölçülmüş qiyməti 92,4163 manat (16,548%) təşkil edib.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat təşkil edib.

    Qiymətli kağızların ödəmə tarixi 17 oktyabr 2017-ci ildir.

    Bu güm həmçinin BFB-də Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104007544 ISIN kodlu, 364 gün tədavül müddətli, 60 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 7 investor 18 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 79 046 100 manat təşkil edib. Sifarişlər 82,0483 manat (21,9999%) – 87,3666 manat (14,5398%) qiymət intervalında təqdim olunub.

    Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,79 manat (18,0372%), orta ölçülmüş qiyməti 85,2662 manat (17,3749%) təşkil edib.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 59 720 000 manat təşkil edib.

    Qiymətli kağızların ödəmə tarixi 17.04.2018-cı ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi