Maliyyə Nazirliyi 30 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 30 mln. manatlıq istiqraz yerləşdirib Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0102001630 ISIN-li, 30 mln. manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
19 Dekabr , 2017 17:07
Maliyyə Nazirliyi 30 mln. manatlıq istiqraz yerləşdirib
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0102001630 ISIN-li, 30 mln. manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 11 investor 26 sifariş təqdim edib.

Sifarişlərin qiyməti 92,4494 manat (16,4699%) – 96,1843 manat (7,9998%) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 065 600 manat təşkil edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,5082 manat (14%), orta ölçülmüş qiyməti isə 94,3455 manat (12,0861%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 30 mln. manat olub.

İstiqrazların ödəmə tarixi 19 iyun 2018-cu ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər

Orphus sistemi