Maliyyə Nazirliyi 2 illik DQİ emissiyası yerləşdirib

Maliyyə Nazirliyi 2 illik DQİ emissiyası yerləşdirib Hərracda real tələbat faktiki təklifi 3,6 dəfə üstələyib
Maliyyə
28 Fevral , 2017 18:10
Maliyyə Nazirliyi 2 illik DQİ emissiyası yerləşdirib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, 728 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (AZ0105001553) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 215 300 manat təşkil edib.

Sifarişlər 86,5041 (23,8749%)-100,00 manat (15,0000%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 100,00 manat (15,0000%), ortaölçülmüş qiyməti 100,00 manat (15,00%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 1 mart 2017 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 26 fevral 2019-cu ildir.

Son xəbərlər

Orphus sistemi