Azərbaycanın ​maliyyə nazirinə yeni müavin təyin edilib

Azərbaycanın ​maliyyə nazirinə yeni müavin təyin edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Maliyyə
28 İyun , 2016 12:18
Azərbaycanın ​maliyyə nazirinə yeni müavin təyin edilib

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanın maliyyə nazirinə daha bir müavin təyin edilib.

Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Emin Zamin oğlu Hüseynovun maliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, indiyədək maliyyə nazirinin iki müavini vardı. İlqar Fətizadə nazirin birinci müavini, Azər Bayramov isə müavini postunu tutur. 

Son xəbərlər

Orphus sistemi