Maliyyə naziri: ​Neftin ucuzlaşması Azərbaycan büdcəsinə ciddi təsir etməyəcək

Maliyyə naziri: ​Neftin ucuzlaşması Azərbaycan büdcəsinə ciddi təsir etməyəcək Samir Şərifovun sözlərinə görə, bazardakı vəziyyət Azərbaycan hökuməti tərəfindən qiymətləndirilir və araşdırılır
Maliyyə
9 Dekabr , 2014 17:48
Maliyyə naziri: ​Neftin ucuzlaşması Azərbaycan büdcəsinə ciddi təsir etməyəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə ciddi təsir etməyəcək. "Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib: "Büdcə hələ təzə qəbul olunub. Bizim hesablamalarımıza görə, neftin qiymətində azalmanın bilavasitə dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsiri gözlənilmir".

Nazir bildirib ki, neftin qiymətinin qısa müddətdə 40%-dən artıq enməsi və xammal bazarında hökm sürən qeyri-sabitlik Azərbaycan hökuməti tərəfindən qiymətləndirilir və araşdırılır: "Buna uyğun olaraq müvafiq tədbirlər görüləcək".

"Büdcədə nəzərdə tutulmuş neftin qiymətinə yenidən baxılması ən vacib məsələ deyil. Çünki dövlət büdcəsinin gəlirləri müəyyən mənada sığortalanıb. İcmal büdcənin gəlirləri isə Dövlət Neft Fondundan toplanan gəlirlərdən ibarətdir. Bu gəlirlərə baxdıqda şübhəsiz ki, icmal büdcənin gəlirlərinin də xeyli azalmasını müşahidə edəcəyik", - S.Şərifov qeyd edib.

Son xəbərlər

Orphus sistemi