Yuxarı

Maliyyə naziri ipoteka üçün ayrılan vəsaitin məbləğini açıqlayıb

İpoteka Fondu üçün 50 mln. manat ayrılması nəzərdə tutulur

Bakı. 26 sentyabr. REPORT.AZ/ 2017-ci il üzrə dövlət büdcəsi layihəsində Azərbaycan İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 mln. manat olmaqla cəmi 100 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, gələn ilin büdcəsində İpoteka Fondu üçün 50 mln. manat, MİDA üçün də təxminən eyni həcmdə vəsait ayrılması proqnozlaşdırılıb. Nazir qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondu üçün də cari illə eyni səviyyədə vəsait ayrılması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi