​Maliyyə naziri ipoteka kreditləşməsinin bərpa olunacağı vaxtı açıqlayıb

​Maliyyə naziri ipoteka kreditləşməsinin bərpa olunacağı vaxtı açıqlayıb Samir Şərifov: "İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüquqi sənədlər hazırlanır"
Maliyyə
20 May , 2016 16:17
​Maliyyə naziri ipoteka kreditləşməsinin bərpa olunacağı vaxtı açıqlayıb

Bakı. 20 may. REPORT.AZ/ Dövlət ipoteka kreditləşməsinin bərpası İpoteka Fondunun yenidən qurulması ilə bağlı hüquqi sənədlərə baxılması prosesi başa çatandan sonra mümkün olacaq.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin gələn aydan bərpası ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandırarkən deyib.

"Büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüquqi sənədlər hazırlanır və hazırda aiddiyyəti səviyyələrdə baxılır. Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi