Yuxarı
    Bağlamaq

    Maliyyə naziri: "İpoteka faizlərinin dəyişdirilməsinə ehtiyac yoxdur"

    Samir Şərifov: İpoteka üçün məbləğin artırılmasına xüsusi ehtiyac var, faiz dərəcələri isə kifayət qədər aşağıdır

    Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda dövlət xətti ilə maliyyələşən ipoteka kreditlərinin ucuzlaşdırılması nəzərdə tutulmur. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlama verən maliyyə naziri Samir Şərifov yeni qurum kimi yaradılan İpoteka Fondu ilə bağlı sualları cavablandırarkən qeyd edib: "Faiz dərəcələri üzrə şərtlərin dəyişdirilməsinə ehtiyac yoxdur, ancaq məbləğin artırılmasına ehtiyac var".

    Nazirin fikrincə, ölkədə ipoteka kreditləşməsinin genişləndirilməsinə ehtiyac var: "Hazırda ipoteka ilə bağlı sənədlərin hazırlanması işi gedir. Bazara yeni istiqrazlar çıxarılıb satılmalı və vəsait cəlb edilməlidir".

    "Əvvəl İpoteka Fondu Mərkəzi Bankın nəzdində olub, indi isə “Azərbaycan İpoteka Fondu” ASC müstəqil qurumdur. Yeni istiqrazlar bazara çıxarılmalı və satılıb vəsait cəlb edilməlidir. İpoteka üçün məbləğin artırılmasına xüsusi ehtiyac var, faiz dərəcələri isə kifayət qədər aşağıdır", - deyə S.Şərifov qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi