Yuxarı

Maliyyə naziri: "Büdcənin icrasında problem yoxdur"

Samir Şərifovun fikrincə, manat kütləsinin artmasının inflyasiyanı gücləndirməsi ehtimalları həqiqəti əks etdirmir

Bakı. 14 iyun. REPORT.AZ/ "Azərbaycanın 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem görmürük və bununla bağlı mütəmadi məlumat verilir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Manat kütləsinin artmasının inflyasiya təzyiqini gücləndirməsi ehtimallarına dair verilən sualın cavabında isə S.Şərifov belə söhbətlərin həqiqəti əks etdirmədiyini deyib: "Manat kütləsi dövriyyəyə müxtəlif yollarla buraxılır. Təkcə büdcə manat kütləsini artırmır. Ona görə də belə söz-söhbətlərə o qədər də fikir verməyin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi