Maliyyə naziri: "45 gün sonra problemli kreditlərlə bağlı nazirlikdə Qaynar Xətt yaradılacaq"

Maliyyə naziri: "45 gün sonra problemli kreditlərlə bağlı nazirlikdə Qaynar Xətt yaradılacaq" Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyində Qaynar Xətt yaradılacaq.
Maliyyə
4 Mart , 2019 13:09
Maliyyə naziri: 45 gün sonra problemli kreditlərlə bağlı nazirlikdə Qaynar Xətt yaradılacaq
0 : 00
0 : 00

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyində Qaynar Xətt yaradılacaq.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlaması zamanı bildirib.

Nazirin sözlərinə görə, kompensasiya ödənişi zamanı borclular, zaminlər və kredit təşkilatları tərəflər arasında hər bir fərdi hala baxılmasına ehtiyac var.

“Problemi kreditlərin həlli ilə bağlı verilmiş sərəncam çərçivəsində şübhəsiz ki, bir çox suallar yaranacaq.Maliyyə Nazirliyinin saytında müvafiq bölmə yaradılıb. Çox güman ki, 45 gün sonra nazirlikdə Qaynar Xətt də yaradılacaq. Zənglər daxil olarkən operativ şəkildə cavablandırılacaq”, - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi