Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri İtaliya Milli Mikrokredit Agentliyinin başçısı ilə görüşüb

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri İtaliya Milli Mikrokredit Agentliyinin başçısı ilə görüşüb Görüşdə İtaliya mikromaliyyələşmə modelinin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib
Maliyyə
7 Oktyabr , 2016 17:01
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri İtaliya Milli Mikrokredit Agentliyinin başçısı ilə görüşüb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda səfərdə olan İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə “Report”a MBNP-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla İtaliya arasında mikrokreditləşmə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Mikrokreditlərin verilməsi üzrə İtaliya modelindən söz açan Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb. Görüşdə bu modelin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.

Ölkənin maliyyə sektorunda sabitliyin təmin olunması, eləcə də əhalinin və investorların hüquqlarının qorunması istiqamətində palatanın gördüyü işlərdən danışan Direktorlar Şurasının sədri R.Aslanlı hökumətin yeni iqtisadi model üzərində çalışdığını və kiçik sahibkarlığın inkişafının önəmli istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu bildirib. 

Onun sözlərinə görə, İtaliyanın mikrokreditləşmə təcrübəsi Azərbaycan üçün maraqlıdır və dərindən öyrəniləcək.

Son xəbərlər

Orphus sistemi