Yuxarı

​Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər vəzifələrinə təyinatlar olub

Caspian Development Bankın Müşahidə Şurasının sədri yeni yaranan Palatada rəhbər vəzifəyə gətirilib

Bakı. 29 mart. REPORT.AZ/  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İlqar Nazim oğlu Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü, İbrahim Əsəd oğlu Alışov isə baş icraçı direktoru vəzifələrinə təyin edilib.

İ.Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ.Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

İ.Alışov isə 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ.Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi