Yuxarı
    Bağlamaq

    Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyası fəaliyyətə başlayıb

    Attestasiya Komissiyası bankların rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək

    Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb. "Report"un Palataya istinadən verdiyi xəbərə görə, Attestasiya Komissiyasının ilk iclasında üç nəfər bank inzibatçısının attestasiyası keçirilib və hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

    Qeyd edək ki, Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların və xarici bank filiallarının İdarə Heyəti üzvlərinin, daxili audit bölmələrinin rəhbərlərinin, baş mühasiblərinin, investisiya şirkətlərinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək.

    Sığorta şirkətlərinin rəhbər işçilərinin (Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, daxili audit xidmətinin rəhbəri və baş mühasiblər), aktuari fəaliyyəti ilə məşğul olan şəxslər, sığorta agentləri və ya onların rəhbərləri və investisiya xidmətlərini həyata keçirən şəxslərin attestasiyası isə test vasitəsilə həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi