Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ili 2 milyon manatdan çox zərərlə başa vurub

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ili 2 milyon manatdan çox zərərlə başa vurub Bakı. 3 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ilin maliyyə hesabatını açıqlayıb.
Maliyyə
3 May , 2017 10:16
Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ili 2 milyon manatdan çox zərərlə başa vurub

Bakı. 3 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ilin maliyyə hesabatını açıqlayıb.

“Report” hesabata istinadən xəbər verir ki, bu il yanvarın 1-nə Palatanın aktivləri 8,987 mln. manat təşkil edib. Bunun 62,7%-i və yaxud 5,635 mln. manatı uzunmüddətli aktivlər, 37,3%-i və yaxud 3,352 mln. manatı qısamüddətli aktivlərdir.

Ötən ilin sonuna Palatanın cəmi kapitalı 8,352 mln. manat, cəmi öhdəlikləri isə 635 min manatdır. Öhdəliklərin hamısı qısamüddətlidir.

2016-cı ildə MBNP-nın əsas əməliyyat gəliri 2,222 mln. manat, o cümlədən sabit ödənişləri 1,465 mln. manat, yığımları 755 min manat, sair gəlirləri 2 min manat, əsas əməliyyat xərci isə 4,536 mln. manat təşkil edib. Son nəticədə qurumun xalis əməliyyat zərəri 2,314 mln. manat olub.

Palata maliyyə xərclərinə 14 min manat yönəldib və ötən ili 2,328 mln. manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, MBNP ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 5 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi