Yuxarı

​Maliyyə Bazarlarına Nəzarət Palatasında daha bir təyinat olub

Bank fəaliyyətinə nəzarət Departamentində yeni idarə yaradılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində növbəti addım atılıb.

Palatadan "Report"a verilən məlumata görə, qurumun Bank fəaliyyətinə Nəzarət Departamentinin daxilində Bank olmayan kredit təşkilatlarına nəzarət İdarəsi yaradılıb. Bu idarənin rəisi vəzifəsinə isə Xəyyam İsmayılov təyin olunub.

Qeyd edək ki, X.İsmayılov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının Kredit Təşkilatlarının fəaliyyətinə Nəzarət Departamentində böyük mütəxəssis kimi çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi