​Maliyyə Bazarlarına Nəzarət Palatasında BVF missiyası ilə görüş keçirilib

​Maliyyə Bazarlarına Nəzarət Palatasında BVF missiyası ilə görüş keçirilib Filip Bartolomey: "BVF tərəfindən ortamüddətli perspektivdə texniki yardımla bağlı tədbirlər planı hazırlanacaq"
Maliyyə
6 Aprel , 2016 17:53
​Maliyyə Bazarlarına Nəzarət Palatasında BVF missiyası ilə görüş keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” Palataya istinadən bildirir ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı qonaqları salamlayaraq, onlara maliyyə bazarlarına nəzarət və tənzimləyici orqanının qarşısında duran əsas vəzifələr və çağırışlar haqqında geniş məlumat verib. Sədr Palatanın funksiyalarına uyğun olaraq institusional islahatların aparılacağını və bunun nəticəsində daha sistemli maliyyə sabitliyi çərçivəsinin yaradılacağını vurğulayıb.

Görüşdən məmnunluğunu ifadə edən BVF-nin Azərbaycan üzrə texniki yardım missiyasının başçısı F.Bartolomey Nəzarət Palatasının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib. F.Bartolomey BVF tərəfindən ortamüddətli perspektivdə texniki yardımla bağlı tədbirlər planının hazırlanacağını, eləcə də prudensial nəzarət mexanizminin hazırlanmasında təmsil etdiyi qurumun Palataya dəstək göstərəcəyini diqqətə çatdırıb.

Görüşün sonunda tərəflər arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi