Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiqlənib

Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiqlənib Qaydalar bu gündən qüvvəyə minib
Maliyyə
19 Aprel , 2017 15:52
Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiqlənib
Report

Bakı. 19 aprel. REPORT.AZ/ Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, qaydalar Nəzarət Paltası tərəfindən təsdiq edilib və bu gündən qüvvəyə minir.

Qeyd edək ki, Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Qaydalarla bağlı daha ətraflı http://www.huquqiaktlar.gov.az/StatementDetails.as... linkdən tanış olmaq mümkündür.

Nəzarət subyektlərinin illik dövri ödəniş Cədvəli

AZN-lə ifadə edilib

Nəzarət subyekti Fərqləndirmə meyarı Ödəniləcək məbləğ Maksimum hədd
Bank Cəmi aktivləri 1 milyarddan çox Sabit məbləğ 800.000
Cəmi aktivləri 500 milyon – 1 milyard arası Sabit məbləğ 500.000
Cəmi aktivləri 500 milyondan az Sabit məbləğ 300.000
Bank olmayan kredit təşkilatı Cəmi aktivlər 20 milyondan çox Sabit məbləğ 50.000
Cəmi aktivləri 3-20 milyon arası Sabit məbləğ 30.000
Cəmi aktivləri 3 milyondan az Sabit məbləğ 15.000
Poçt rabitəsinin milli operatoru Sabit məbləğ 70.000
Sığortaçı (Qeyri-həyat) Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda 180.000 + (H[1] – 30 mln)×1% Bir sığortaçı üzrə 700 000
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda 40.000 + (H – 10 mln)×0.70%
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda H × 0.40%
Sığortaçı (Həyat) Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda 198.000 + (H – 30 mln)×1.1% Bir sığortaçı üzrə 750 000
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda 44.000 + (H – 10 mln)×0.77%
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda H × 0.44%
Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda) Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda 180.000 + (H – 30 mln)×1% Bir təkrarsığotaçı üzrə 700.000
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda 40.000 + (H – 10 mln)×0.70%
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda H × 0.40%
Fond birjası Sabit məbləğ 15.000
İnvestisiya şirkəti Sabit məbləğ 10.000
Mərkəzi depozitar İllik xalis mənfəətinin 30% 250.000
Klirinq təşkilatı 15.000
İnvestisiya fondu 20.000
Investisiya fondunun idarəçisi 10.000
Kredit bürosu Toplanan xidmət haqqının 10%-i 250.000
Lotereya təşkilatçısı Sabit məbləğ 160.000
İdman mərc oyunları operatoru Sabit məbləğ 475.000

Yığımlar Cədvəli

AZN-lə ifadə edilib

Fəaliyyət Nəzarət subyektləri Şərti vahid Ödəniləcək məbləğ
Yerində yoxlamaların keçirilməsi Bütün nəzarət subyektləri 1 adam/saat 30
Attestasiya bank inzibatçıları 1 nəfər 500
sığortaçıların rəhbər işçiləri 1 nəfər 300
investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri 1 nəfər 500
səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri 1 nəfər 500

Son xəbərlər

Orphus sistemi