Maliyyə Bazarlarına Nəzarət Palatası tender keçirir

Maliyyə Bazarlarına Nəzarət Palatası tender keçirir Qurum informasiya texnologiyaları avadanlıqları və lisenziyaları almaq istəyir
Maliyyə
20 İyul , 2017 09:56
Maliyyə Bazarlarına Nəzarət Palatası tender keçirir
Report

Bakı. 20 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması üzrə açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. 

İddiaçılar ilkin sənədləri avqustun 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 18-nə qədər Palatanın Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Dilqəm Osmanov və Vüsal Həsənovdur. Telefon: (012) 493 50 58, daxili nömrələr müvafiq olaraq 437 və 346.

Təkliflərə avqustun 21-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Mallar müqavilə bağlandıqdan sonra 60 gün ərzində təhvil verilməlidir.

Son xəbərlər

Orphus sistemi