Yuxarı

Maliyyə Bazarlarına Nəzarət Palatası “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində sahibkarlarla görüş keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində sahibkarlarla görüş keçirib

Bakı. 2 fevral. REPORT.AZ/ “Maliyyə xidmətlərinin inkişafına dair Strateji yol Xəritəsi”nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirib.

“Report” Nəzarət Palatasına istinadən xəbər verir ki, tədbirlə təşkilatçı qurumlarla yanaşı, Bakı Fond Birjasının (BFB), Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri (AFBİA) və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar (hüquqi şəxslər) iştirak ediblər.

Tədbirin məqsədi sahibkarlara klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarının təşviqi, fond birjasında listinqə çıxış və kapital bazarlarında investisiyalar barədə məlumatların verilməsi olub. Şirkətlərə kapital bazarları və onun üstünlükləri barədə ətraflı məlumat verilmiş, MBNP, BFB və AFBİA tərəfindən üç mövzuda təqdimatlar keçirilib, sonda kapital bazarlarından maliyyələşmə və kapital bazarlarında investisiya məsələləri üzrə geniş müzakirələr aparılıb.

İnteraktiv formatda keçirilən tədbirdə eyni zamanda BFB tərəfindən həyata keçirilən və kapital bazarları vasitəsilə maliyyələşmək niyyətində olan şirkətlərə “Listinq Məsləhət Proqramı” haqqında ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi