Yuxarı

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilərini sığortalayır

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilərini sığortalayır

208

Xidmətin göstərilməsinə 2017-ci il yanvarın 20-dən başlanacaq və bir il davam edəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir. "Report" bu barədə rəsmi mətbuata istinadən xəbər verir.

Tenderdə iştirak etmək üçün iddiaçılar ərizə, iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin notariat qaydada təsdiq edilmiş surəti, iştirak haqqının ödənilməsi haqqında bank arayışı, tender təklifinin 1%-i məbləğində bank təminatı, iddiaçıya sığorta fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanın və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, 2015-ci il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı, vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanlarından arayış təqdim etməlidir.

İddiaçıdan tibbi sığorta sahəsində ən azı 3 il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd, ən azı 2 korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu tələb olunur. Tenderdə iştirak haqqı 300 manatdır.

Xidmətin göstərilməsinə 2017-ci il yanvarın 20-dən başlanacaq və bir il davam edəcək.

Tender proseduru 2017-ci il yanvarın 16-da saat 11:00-da MBNP-nin inzibati binasında keçiriləcək. İddiaçı tender təklifinin bank təminatını 2017-ci il 13 yanvar saat 17:00-a qədər, digər tələb olunan sənədləri ən geci 2017-ci il 5 yanvar saat 17:00-a qədər Palatanın Bülbül prospekti,27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi