Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb Potensial namizədlərin müraciət etmək üçün bir ay vaxtı var
Maliyyə
19 Oktyabr , 2016 17:50
Maliyyə Bazarlarına Nəzarət Palatası işçi qəbuluna başlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra vəzifələrə işçi qəbulu elan edib. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, vakansiyalar qurumun Hüquq və icraat, Sığorta bazarına nəzarət departamentlərində, Strateji təhlil və risklərin idarə edilməsi, İnformasiya texnologiyaları, Prudensial siyasət və metodologiya, Xarici nəzarət, Daxili nəzarət idarələrində, Təminat və satınalmalar, daxili audit sektorlarındadır.

Palatada işləmək istəyənlər öz CV-lərini bu gündən etibarən bir ay ərzində [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Son xəbərlər

Orphus sistemi