Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib Bakı. 13 iyun. REPORT.AZ/ Bu il aprelin 27-də Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası qurumun İdarə Heyətinin qərarına əsasən, gələn aydan təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib.
Maliyyə
13 İyun , 2018 16:18
Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Bu il aprelin 27-də Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası qurumun İdarə Heyətinin qərarına əsasən, gələn aydan təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.

IOSCO-nun üzvü olaraq Azərbaycanı təmsil edən MMNP qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak edilməsi, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcək. Bununla yanaşı, Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq.

IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcək. Bu da, öz növbəsində, qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi