Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə görüş keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə görüş keçirib Bakı. 5 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Maliyyə
5 Mart , 2018 17:50
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə görüş keçirib
Report

Bakı. 5 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib.

“Report” Palataya istinadən xəbər verir ki, görüşdə qurumun baş icraçı direktoru İbrahim Alışov və AMFA-nın İdarə Heyətinin (İH) sədri Süleyman Kələşov, İH-nın üzvü Cəlal Əliyev və icraçı direktoru Jalə Hacıyeva iştirak edib.

Müzakirələr zamanı Assosiasiyanın cari fəaliyyəti, bank olmayan kredit təşkilatlarının (BOKT) və ümumilikdə, mikromaliyyə sektorunun vəziyyəti, inkişaf perspektivləri, sektorda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlərə toxunulub.

İ.Alışov BOKT-ların əhalinin, xüsusilə regionlardakı fiziki şəxslərin istehlak və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində son illər ərzində gördüyü işlər və cari vəziyyət barədə söhbət açıb. O, ölkədə sağlam və dayanıqlı sektorun formalaşması, eləcə də əhalinin maliyyə xidmətlərinə daha rahat çıxışının təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, bank olmayan kredit təşkilatlarında korporativ idarəetmənin gücləndirilməsi və digər çağırışların operativ və effektiv həlli məqsədilə AMFA-nın aktivliyinin artırılmasının zəruriliyini bildirib, bu istiqamətdə BOKT-ların Assosiasiya ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda sektorun uğurlu və səmərəli inkişafı istiqamətində təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi