"Maliyyə bazarlarına nəzarət haqqında" qanun layihəsi hazırlanır

"Maliyyə bazarlarına nəzarət haqqında" qanun layihəsi hazırlanır Dövlət başçısının bu sahə ilə bağlı qurumlara əlavə göstərişlər verəcəyi də gözlənilir
Maliyyə
4 Mart , 2016 13:04
Maliyyə bazarlarına nəzarət haqqında qanun layihəsi hazırlanır

Bakı. 4 mart. REPORT.AZ/ Hazırda Azərbaycanda “Maliyyə bazarlarına nəzarət haqqında” qanun layihəsi hazırlanır. "Report" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

R.Aslanlı müvafiq qanunların tətbiq olunması ilə əlaqədar dövlət başçısının imzalayacağı fərmanda bu barədə əlavə göstəriş verəcəyinə ümid etdiyini vurğulayıb.

“Qısa müddətdə qanun layihəsi hazırlandıqdan sonra Palatanın mandatı, fəaliyyət istiqamətləri, idarəetmə prinspiləri burada öz əksini tapacaq", - qrupun rəhbəri qeyd edib.  

Son xəbərlər

Orphus sistemi