Yuxarı
    Bağlamaq

    ​Maliyyə Nazirliyinin yeni normativ-hüquqi aktları qüvvəyə minib

    Yeni sənədlər sığorta sahəsinə aiddir

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin kollegiya qərarları ilə təsdiq edilmiş bəzi normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə qüvvəyə minib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

    Məlumata görə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nda müəyyən dəyişikliklər edilib.

    Bu dəyişikliklər Azərbaycan prezidentinin 2014-cü il 22 aprel tarixli “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” sərəncamının 1-ci və 2-ci hissələrinin icrasını təmin etmək məqsədilə həyata keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi