Yuxarı

​Malayziyada dolların məzənnəsi 17 illik maksimuma yüksəlib

Bu, dünya bazarında neftin ucuzlaşması və daxili siyasi vəziyyətlə bağlıdır

Bakı. 26 avqust. REPORT.AZ/ Malayziya valyutası dollara qarşı 17 ilin ən aşağı səviyyəsinədək ucuzlaşıb və nəticədə 2,368 ringgit/dollara bərabər olub.

"Report"un dünya mətbuatına istinadən verdiyi xəbərə görə, ekspertlərin fikrincə, Malayziya valyutasının belə ucuzlaşmasının əsas səbəbi neftin dəyər itirməsi və çətin daxili siyasi vəziyyətlə bağlıdır. Ölkə daxilindəki böyük siyasi qalmaqal hökumətin Dövlət İnvestisiya Fondunun şirkətlərindən 700 mln. dollar alması ilə əlaqədar "The Wall Street Journal"da dərc olunan yazıdan sonra baş verib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələrinə əsasən, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 0,01% artaraq 1,0467 AZN/USD-yə bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi