Azərbaycanda makroiqitisadi və maliyyə sabitliyinin dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının layihəsi hazırlanıb

Azərbaycanda makroiqitisadi və maliyyə sabitliyinin dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının layihəsi hazırlanıb Bakı. 1 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyev 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib”.
Maliyyə
1 Fevral , 2019 12:04
Azərbaycanda makroiqitisadi və maliyyə sabitliyinin dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının layihəsi hazırlanıb
Elman Rüstəmov

Bakı. 1 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyev 2019-cu ildə və ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, onun dayanıqlığının artırılması ilə bağlı tədbirlər planının hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verib”.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər planının layihəsi artıq hazırdır.

“Bu tədbirlər planı artıq müvafiq qaydada hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Bu gün bu sənəd Azərbaycan höküməti və Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasında  müzakirə olunmaq üçün diqqət mərkəzindədir. Bütün sənədlərin qüvvədə olmasına baxmayaraq makroiqtisadi qurumların koordinasiyası ilə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün cari ildə əlavə işlər, ortamüddətli dövrdə islahatlar həyata keçirməyi planlaşdırırıq. Lazımı islahatları həyata keçirək ki, bütovlükdə makroiqtisadi idarəetməni yaxşılaşdıraq və gücləndirək, bununla da gələcəkdə digər amillərin təsirini effektli neytrallaşdıra bilək”, - E.Rüstəmov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi