Bakı. 28 iyun. REPORT.AZ/ Macarıstanın "Eximbank"ı Azərbaycanın "PAŞA Bank" ASC-yə 5 mln. avro həcmində kredit ayırmağa hazırdır. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VI iclasında çıxışı zamanı deyib.
P.Siyarto həmçinin qeyd edib ki, SOCAR-la əməkdaşlığa böyük önəm verilir: "Macarıstanın "MOL" şirkəti SOCAR-la əməkdaşlığa böyük önəm verir. Həmçinin "Eximbank" Azərbaycan və macar sahibkarlarının ortaq layihələri üçün 200 mln. avro ayırıb".
Nazir əlavə edib ki, hazırda Avropanın enerji təhlükəsizliyi sahəsində ən yaxşı layihə "Şahdəniz-2"-dir.