Yuxarı

​Mərkəzi Bankın pullarını “Paşa Sığorta” qoruyacaq

AMB-nin tenderi başa çatıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinin alınması ilə bağlı elan etdiyi tenderin qalibi “Paşa Sığorta” olub.

Bu barədə “Report”a “Paşa Sığorta”dan məlumat daxil olub. Məlumata görə AMB-nin balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması (KASKO) məqsədilə təşkil edilmiş tender başa çatıb.

Tender Komissiyasının qərarına əsasən “PAŞA Sığorta” nağd pulun sığortası növü üzrə tenderin qalibi elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi