​Londonda Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib

​Londonda Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib Tədbirdə dövlət və biznes nümayəndələri iştirak ediblər
Maliyyə
11 May , 2016 19:40
​Londonda Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib

Bakı. 11 may. REPORT.AZ/ 11-12 may tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londonda keçirilən 25-ci İllik Toplantısı çərçivəsində “Azərbaycanın investisiya mühiti və imkanları” mövzusunda sessiya təşkil edilib. 

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən vertdiyi xəbərə görə, tədbirdə AYİB-in İllik Toplantısının iştirakçıları, o cümlədən dövlət və biznes nümayəndələri iştirak ediblər.

Sessiyada iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən kompleks islahatlar barədə tədbir iştirakçılarına məlumat verib, belə tədbirlərin davamlı olacağını vurğulayıb. Bildirilib ki, yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstək tədbirlərinin daha da gücləndirilməsi ölkə iqtisadiyyatının prioritetləridir.

Tədbirdə həmçinin Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinə, Sumqayıt Kimya Sənaye Parkına, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) və “Cənub Qaz Dəhlizi” QSC-yə dair təqdimatlar keçirilib, Azərbaycanda fəaliyyət göstərən şirkət və bank nümayəndələri çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi