London Brüsselə "Brexit"ə görə 20 mlrd. avro ödəməyə razıdır

London Brüsselə "Brexit"ə görə 20 mlrd. avro ödəməyə razıdır Aİ cərimənin 60 mlrd. avro olduğunu bildirir
Maliyyə
20 Sentyabr , 2017 17:42
London Brüsselə Brexitə görə 20 mlrd. avro ödəməyə razıdır

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Brexit" səbəbindən Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün ödəyəcəyi cərimənin məbləği 20 mlrd. avrodan çox ola bilər. 

"Report" "Financial Times"ə istinadən xəbər verir ki, bu məlumatı Britaniyanın baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmaq işləri üzrə müşaviri Oliver Robbins verib. 

Müşavir bildirib ki, sentyabr ayının 22-də britaniyalı baş nazir Florensiyada çıxışı zamanı cərimə ödənişi ilə bağlı mövzuya toxunacaq.

Öz növbəsində, Aİ rəsmiləri Britaniyanın yerinə yetirmədiyi öhdəliklərin həcminin 100 mlrd. avro olduğunu bildiriblər. Amma qarşılıqlı borcları çıxdıqdan sonra cərimə 60 mlrd. avroya enib.

Son xəbərlər

Orphus sistemi