Azərbaycanda lizinq şirkəti borclular siyahısına salınıb

Azərbaycanda lizinq şirkəti borclular siyahısına salınıb Şirkət rəsmiləri vergi borcunun 81%-nin artıq ödənildiyini bildirirlər
Maliyyə
12 Dekabr , 2014 14:20
Azərbaycanda lizinq şirkəti borclular siyahısına salınıb
Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın “A-Leasing” ASC vergi borcunu ödəyə bilməyən vergi ödəyicilərinin siyahısına daxil edilib. “Report”un verdiyi xəbərə görə, şirkətin adı Vergilər Nazirliyinin 2014-cü il 10 dekabr tarixinə açıqladığı siyahıda yer alıb.

Şirkətdən “Report”a bildirilib ki, artıq vergi borcunun əsas hissəsi ödənilib.

“Şirkətin ümumilikdə 8 800 manat vergi borcu olub. Bu məbləğin əksər hissəsi artıq ödənilib. Hazırda şirkətin vergi borcunun yalnız 1 700 manatı (19%) ödənilməmiş qalıb ki, bu məbləğ də yaxın günlərdə ödəniləcək", - deyə "A-Leasing"dən bildirilib.

"Evsen" Şirkətlər Qrupuna daxil olan "A-Leasing" şirkəti 3 fevral 2006-cı il tarixində Ədliyyə Nazirliyidə qeydiyyatdan keçib və Nazirlər Kabineti tərəfindən təqdim olunmuş lisenziya əsasında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi