Yuxarı

Azərbaycanda lizinq şirkətinin istiqrazları ticarətdən çıxarılıb

Vestmark Financial Leasingin istiqraz emissiyası dayandırılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın "Vestmark Financial Leasing Investment Company" ASC-nin 29 avqust 2013-cü il tarixində AZ2002018946 nömrəsi ilə dövlət qeydiyyatına alınmış 2 000 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiyası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə dayandırılıb. 

Komitədən "Report"a verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edib.

Bununla əlaqədar olaraq, həmin qiymətli kağızlar Bakı Fond Birjası İdarə Heyətinin qərarı əsasında qeyri-kotirovka vərəqəsindən və ticarətdən çıxarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi