LIBOR yaxın 4 ildə ləğv ediləcək

LIBOR yaxın 4 ildə ləğv ediləcək LIBOR-la uçot dərəcəsi arasında yaranan fərq manipulyasiyaya səbəb olur
Maliyyə
27 İyul , 2017 14:25
LIBOR yaxın 4 ildə ləğv ediləcək

Bakı. 27 iyul. REPORT.AZ/ "LIBOR 2021-ci ilin sonuna qədər ləğv olunacaq". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Böyük Britaniyanın maliyyə bazarları tənzimləyicisi (Financial Conduct Authority, FCA) tərəfindən açıqlanıb.

Qeyd edək ki, LIBOR (London Interbank Offered Rate) Londonda banklararası təklif olunan faiz həddini əks etdirir və hazırda 350 trln. dollardan artıq həcmdə maliyyə alətinin tədavülünün əsasını təşkil edir. Britaniyada tənzimləyici qurum və bankların skandallar yaradan LIBOR-un yerinə daha güvənli sistem yaratmaq istədiyi bildirilir. Bu səbəbdən 2021-ci ilə qədər ondan mərhələli şəkildə qurtulmaq istənildiyi vurğulanır.

FCA sədri Endryu Beylinin (Andrew Bailey) sözlərinə görə, LIBOR treyderlərin uçot dərəcəsini manipulyasiya etməsinə səbəb olduğunun aşkarlanmasından sonra korrupsiya predmetinə çevrilib. E.Beyli "Bloomberg"ə açıqlamasında bildirib ki, "əgər maliyyə bazarları LIBOR-dan hazırkı şəkildə istifadə etsələr, biz bu göstəricidən imtina etməli olacağıq".

"Report"un analitik qrupu bildirir ki, hazırda avrobond bazarında göstərici faiz LIBOR üzərindən hesablanır və bu faizə hər bir ölkə və ya təşkilatın reytinqinə uyğun olaraq risk premiyası əlavə edilir. FCA isə öz növbəsində LIBOR faizləri ilə uçot dərəcəsinin fərqləndiyini əsas gətirərək, bunun ədalətli olmadığını düşünür. 

Son xəbərlər

Orphus sistemi