Lənkəran Şəhər İcra Hakimiyyətinə büdcədən ayrılan vəsaitin istifadəsi yoxlanıb

Lənkəran Şəhər İcra Hakimiyyətinə büdcədən ayrılan vəsaitin istifadəsi yoxlanıb Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
Maliyyə
20 May , 2015 19:59
Lənkəran Şəhər İcra Hakimiyyətinə büdcədən ayrılan vəsaitin istifadəsi yoxlanıb

Bakı. 20 may. REPORT.AZ/ Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib, bəzi audit tədbirlərinin nəticələri müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, kollegiya iclasında Xəzər Rayon İcra Hakimiyyəti və Lənkəran Şəhər İcra Hakimiyyətinə və tabelikdə olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri açıqlanıb.

Həmçinin Göygöl Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin yerli xərclərindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi