Yuxarı
    Bağlamaq

    Ləğvetmədə olan bankların ümumi kredit portfeli 2,5 mlrd. manatdır

    Ləğvetmə prosesində olan 4 bankda kreditlərə görə yığımlar qənaətbəxş deyil

    Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda ləğvetmə prosesində olan kommersiya banklarının məcmu kredit portfeli 2,5 mlrd. manatdır.

    “Report”un məlumatına görə, bunu Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.

    Onun sözlərinə görə, bu məbləğin 85%-i məbləği 500 min manatdan artıq olan kreditlərdir: “Bu kreditlər 1 200 müştəriyə verilib. Qalan 15%-lik hissəni isə 75 minə yaxın müştəri alıb”.

    A.Cavadov qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurumun nəzarətində olan 10 bankdan 4-də kreditlərə görə yığımlar qənaətbəxş deyil. Bu, “Royalbank”, “Texnikank”, “Bank of Azerbaijan” və “Kredobank”dır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi