"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var

"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var Bankın kredit portfelinin tərkibi barədə kreditorlara məlumatın verilməsi təklif olunur
Maliyyə
24 May , 2017 15:43
Bank Standardın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var

Bakı. 24 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfelinin həcmi 2017-ci il mayın 1-nə 741 mln. manat təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bu kreditlərin cəmi 5%-i işlək, 95%-i isə ciddi gecikməsi olan kreditlərdir: “Qeyri-işlək kreditlərin 58%-i tam təminatsızdır. Qalan kreditlər isə təminatlı olsa da, “KPMG” audit şirkətinin qiymətləndirməsinə görə, onların təminatı zəifdir. Fond ötən ilin oktyabr ayından indiyə qədər verilmiş kreditlər üzrə 40,4 mln. manat vəsait toplayıb”.

Ə.Həsənov onu da qeyd edib ki, indiyə qədər “Bank Standard”ın 45 235 kreditorunun tələbləri qeydə alınıb: “Bunun 43 272-si fiziki şəxslərdir, onların bankdan alacaqları 156 mln. manatdır. Həmçinin, 1 963 kreditorun tələbi qeydə alınıb ki, onlara da “Bank Standard”dan 1,043 mln. manat verilməlidir. Bir məsələ də var ki, kreditorların reyestrini hələ də məhkəmə təsdiq etməyib. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməliyik, çünki Fond (ADIF) vaxtında məhkəməyə müraciət edib, amma hansısa hakim bu işi ləngidir. O hakim barədə də tədbir görülməlidir”.

Komitə sədri həmçinin təklif edib ki, “Bank Standard”ın kredit portfelinin tərkibi barədə də kreditorlara məlumat verilsin: “Kreditorlar bilməlidir ki, bu batmış kreditlər kimlərə və necə verilib, kimlər buna görə məsuliyyət daşıyır”.

İclas davam edir. 

Son xəbərlər

Orphus sistemi