​Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir

​Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir Kreditorların tələblərini bildirmək üçün 2 ay vaxtı var
Maliyyə
17 Avqust , 2016 10:05
​Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir

Bakı. 17 avqust. REPORT.AZ/ Latviyaya məxsus "TKB Lizings" MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi,27 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "TKB Lizings" şirkəti Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Kipr, Qazaxıstan və Tacikistanda da nümayəndəliyə malikdir.

Son xəbərlər

Orphus sistemi