Yuxarı
    Bağlamaq

    Küveyt neftin büdcə qiymətini 30 dollar/barel həddində təsdiq edib

    Ölkə hökuməti qənaət tədbirləri hesabına büdcə xərclərini 3-7 mlrd. dollar azaltmaq fikrindədir

    Bakı. 31 dekabr. REPORT.AZ/ Küveyt hökuməti 2016-cı ilin büdcəsində neftin baza qiymətini 30 dollar/barel səviyyəsində təsdiq edib. "Report"un "Əlrai" qəzetinə istinadən verdiyi xəbərə görə, gələn il Küveyt hökuməti neft gəlirlərini 7,16 mlrd. dinar (23,6 mlrd.dollar) olacağını proqnozlaşdırır. 

    Küveyt, gələn il yanacaq subsidiyalarını əsaslı şəkildə azaltmaq və bir sıra islahatlar həyata keçirməklə 1-2 mlrd. dinar (3,3-6,6 mlrd. dollar) qənaətə nail olmaq fikrindədir. Qeyd edək ki, Küveytin 2015-ci il büdcəsində neftin baza qiyməti 45 dollar/bareldən götürülüb və büdcə kəsiri 27 mlrd. dollar səviyyəsində təsdiq olunub.

    Qeyd edək ki, dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən Küveyt də daxil olmaqla, 13 OPEC ölkəsindən 9-u 2015-ci ildə büdcə kəsiri ilə üzləşib.

    Bir qədər əvvəl Səudiyyə Ərəbistanı da 2016-cı ilin büdcəsini ictimaiyyətə açıqlayıb: neftin baza qiyməti - 29-37 dollar/barel (son 10 ilin ən aşağı həddi).

    Azərbaycan isə 2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətini 50 dollar/barel səviyyəsində təsdiq edib. Qeyd edək ki, hazırda Azərbaycan neftinin dünya bazarında qiyməti 37-38 dollar/barel təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi