Kudrin Rusiya iqtisadiyyatının iki mümkün inkişaf ssenarisi açıqlayıb

Kudrin Rusiya iqtisadiyyatının iki mümkün inkişaf ssenarisi açıqlayıb Rusiya ÜDM-in aşağı artım zolağına daxil olub
Maliyyə
13 Yanvar , 2017 18:05
Kudrin Rusiya iqtisadiyyatının iki mümkün inkişaf ssenarisi açıqlayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiya institusional və struktur islahatları həyata keçirsə, 2019-cu ildə iqtisadi artım tempi 3%-i, 2022-ci ildə isə 4%-i ötə bilər. Əks halda, yəni cari vəziyyət davam edərsə, iqtisadi artım tempi aşağı səviyyədə qalacaq. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın sabiq maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksandr Kudrin ənənəvi Qaydar forumundakı çıxışında bildirilib. Onun fikrincə, Rusiya hazırda iqtisadi artımı əngəlləyən amillərlə qarşı-qarşıya qalıb. Bu vəziyyətin aradan qaldırılması üçün qeyri-ordinar qərarlar qəbul olunmalıdır.

A.Kudrin Rusiyanın demoqrafik problemlər, investisiya kəsiri, sanksiyalar, dünya bazarlarına çıxış məhdudiyyətləri, texnologiyalar sahəsində geriqalma, aşağı məhsuldarlıq və dövlət menecmentinin aşağı keyfiyyəti ilə üzləşdiyini xatırladıb. O həmçinin qeyd edib ki, Rusiya aşağı iqtisadi artım tempi zolağına daxil olub: "Bu, yalnız neftin qiymətinin azalması ilə bağlı deyil. Etiraf etməliyik ki, problemlər Rusiyanın daxilindədir. Bu, struktur problemləridir".

Eks-nazir islahatlar aparılacağı təqdirdə Rusiyada ÜDM-in 2035-ci ilə qədər 2 dəfə, dəyişikliklər olmasa isə 1,5 dəfə artacağını proqnozlaşdırdığını bildirib.

Son xəbərlər

Orphus sistemi