Yuxarı
    Bağlamaq

    ​Kristin Laqard: "FES ehtiyatlı davranmalıdır"

    Neft və metal qiymətləri hələ uzun müddət ucuz olacaq

    Bakı. 5 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) ABŞ-ın monetar normallaşdırma prosesi çərçivəsində məsuliyyətinin daha da artdığını deyib. Onun fikrincə, Federal Ehtiyat Sistemi (FES) qlobal maliyyə bazarları ilə əlaqələri gücləndirməli və ehtiyatlı davranmalıdır. 

    "Report" xəbər verir ki, K.Laqard inkişaf etməkdə olan ölkələrin həssaslığına toxunaraq qeyd edib ki, qlobal iqtisadiyyatın 60%-ni təşkil edən bu ölkələrin maliyyə sistemi son illərdə zəifləyib. İnkişaf etməkdə olan ölkələr sürətli artımdan sonra acı həqiqətlə üz-üzə gəlib. ÜDM-in artım tempi azalıb, kapital axını tərsinə dönüb və ortamüddətli proqnozlar pisləşib. Məsələn, 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdən təxminən 531 mlrd. dollar vəsait çıxıb. Lakin 2014-cü ildə əksinə, bu ölkələrə 48 mlrd. dollar kapital axını baş verib. 

    K.Laqard qlobal iqtisadiyyatda baş verən bu kimi neqativ prosesləri "narahatedici" kimi qiymətləndirib. O, inkişaf etməkdə olan ölkələrin sayının 30-50 olduğunu bildirərək, hər birinin müxtəlif xüsusiyyətlərə sahib olduğunu qeyd edib. BVF başçısı maksimal səviyyədən 65-70% azalan neft və metalın qiymətlərinin hələ uzun müddət aşağı səviyyədə qalacağını ehtimal edir.

    FES-in məhz inkişaf etməkdə olan ölkələrin həssas iqtisadi-maliyyə vəziyyətini nəzərə alaraq ehtiyatlı davranmalı olduğunu vurğulayan BVF rəhbəri suriyalı qaçqınların sığındıqları ölkələrə ciddi təsir etdiklərini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi