“Kristal Abşeron” daxili ipoteka kreditinin müddətini artırıb

“Kristal Abşeron” daxili ipoteka kreditinin müddətini artırıb İndi MTK-nın tikdiyi yaşayış binalarından mənzilləri 5 il müddətinə kreditlə almaq mümkündür
Maliyyə
28 Fevral , 2017 16:34
“Kristal Abşeron” daxili ipoteka kreditinin müddətini artırıb

Bakı. 28 fevral. REPORT.AZ/ “Kristal Abşeron” Mənzil-Tikinti Kooperativi (MTK) inşa etdiyi bəzi yaşayış binalarındakı mənzillərin satışı üzrə daxili ipoteka kreditinin maksimal müddətini 2 il artırıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, söhbət Bakının Suraxanı rayonunda (Yeni Günəşli qəsəbəsində), eləcə də Xırdalan və Sumqayıt şəhərlərində inşa edilən binalardan gedir. İndi bu binalardan mənzilləri maksimum 3 il deyil, 5 il müddətinə daxili ipoteka kreditləşməsi hesabına əldə etmək mümkündür. İlkin ödəniş 30%, kreditin effektiv illik faiz dərəcəsi isə 10% təşkil edir.

Xatırladaq ki, “Kristal Abşeron” MTK 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin Bakı, Abşeron və Sumqayıtda mənzil tikintisi ilə bağlı 18 layihəsi var. Bunlardan 5-i tamamlanıb. 

Son xəbərlər

Orphus sistemi