Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb

Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb İlk 10-luqda bu gün ən yüksək artım "Stellar" və "IOTA" da qeydə alınıb
Maliyyə
2 Yanvar , 2018 17:47
Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Kriptovalyuta bazarının kapitallaşması 650 mlrd. dolları ötərək tarixinin rekord həddinə çatıb.

"Report" xəbər verir ki, bu gün bazarın əksər valyutaları artım göstərib. 

Belə ki, "bitcoin"in qiyməti 4%-ə yaxın qalxaraq 14 000 dollara yaxınlaşıb. İlk 10-luqda qiyməti ən çox artan valyutalar-31,5%-lə "Stellar" və 21%-lə "IOTA" olub.

Qeyd edək ki, ötən həftə kriptovalyuta bazarının kapitallaşmasına görə ilk 3 valyutanın sıralamasında dəyişiklik olub. "Ripple"in qiyməti sürətlə bahalaşaraq "Ethereum"u ötüb. Hazırda, "bitcoin" 234 mlrd. kapitallaşma və 36% bazar payı ilə liderdir. "Ripple"in kapitallaşması 96 mlrd. və bazar payı 14,7%, "Ethereum"un kapitallaşması isə 85 mlrd. dollar və bazar payı 13% təşkil edir. 

Son xəbərlər

Orphus sistemi