Kriptovalyuta bazarının kapitallaşması 35% azalıb

Kriptovalyuta bazarının kapitallaşması 35% azalıb Kriptovalyutaların daha 10% ucuzlaşması istisna edilmir
Maliyyə
16 Yanvar , 2018 16:32
Kriptovalyuta bazarının kapitallaşması 35% azalıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Qlobal bazarda kriptovalyutalarda davam edən kəskin satış bazarın kapitallaşmasının 2018-ci ilin minimal səviyyəsinə enməsinə səbəb olub.

"Report" xəbər verir ki, kriptovalyuta bazarının kapitallaşması 540 mlrd. dollara qədər geriləyib.

Xatırladaq ki, kriptovalyuta bazarının maksimal kapitallaşması (831 mlrd. dollar) tarixi rekord həddə yanvar ayının 8-də çatıb. Hazırda bazarın kapitallaşması bu həddən 35% aşağıdır. "Bitcoin"in qiyməti bu gün 15% azalaraq 11 500 dollara geriləyib. Kapitallaşmasına görə ikinci sırada olan "Ethereum" 21%, "Ripple" 30% dəyərdən düşüb.

"Report" xəbər verir ki, kriptovalyutaların ucuzlaşmasına səbəb qlobal kriptovalyuta bazarına hökumətlər tərəfindən nəzarətin gücləndirilməsi və bazarın tənzimlənməsi xəbərləri olub. Kriptovalyutaların daha 10% ucuzlaşması istisna edilmir.

Son xəbərlər

Orphus sistemi