Kriptovalyuta bazarının həcmi bir saata 16 mlrd. dollar azalıb

Kriptovalyuta bazarının həcmi bir saata 16 mlrd. dollar azalıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün kriptovalyuta bazarında 1 saatlıq kəskin ucuzlaşma baş verib, bitkoin 4%, əksər rəqəmsal pullar (Ethereum, Ripple, Bitcoin Cash, EOS), təxminən, 10% dəyər itirib.
Maliyyə
5 Sentyabr , 2018 16:47
Kriptovalyuta bazarının həcmi bir saata 16 mlrd. dollar azalıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün kriptovalyuta bazarında 1 saatlıq kəskin ucuzlaşma baş verib, bitkoin 4%, əksər rəqəmsal pullar ("Ethereum", "Ripple", "Bitcoin Cash", EOS), təxminən, 10% dəyər itirib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, son nəticədə bazarın həcmi 16 mlrd. ABŞ dolları azalaraq 223 mlrd. dollara düşüb. 

100 ən böyük kriptovalyutadan yalnız 4-nün qiyməti artıb. Bunlar "Bitcoin Diamond" (+143%), MOAC (+1,52%), "Dropil" (+13%) və "TenX"dir (2,5%).

Baş verənlərin fonunda bitkoinin bazar payı 53%-dən 54,2%-ə yüksəlib. Kriptovalyuta ilə ticarətin gündəlik həcmi isə 2 mlrd. dollar artaraq 15 mlrd. dolları keçib. 

Son xəbərlər

Orphus sistemi