"Kredobank" ilk rübü mənfəətlə başa vurub

"Kredobank" ilk rübü mənfəətlə başa vurub Bankın qeyri-faiz zərəri bu il kəskin azalıb
Maliyyə
3 İyun , 2015 17:12
Kredobank ilk rübü mənfəətlə başa vurub

Bakı. 3 iyun. REPORT.AZ/ "Kredobank" ASC cari ilin ilk rübünü 595 min manat mənfəətlə başa vurub. Ötən ilin I rübünü isə bank 1,9 mln. manat zərərlə yekunlaşdırıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, yanvar-mart aylarında bankın gəlir və xərclərində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma qeydə alınıb. Gəlirlər 7,7 mln. manatdan 3,7 mln. manata, xərclər isə 9,6 mln. manatdan 3,1 mln. manata düşüb.

Gəlirlərin 2,4 mln. manatı faiz, 1,3 mln. manatı qeyri-faiz əməliyyatlarından yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 3,2 dəfə azalıb, qeyri-faiz gəlirləri isə 5,5 dəfə artıb.

Hesabat dövründə faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% artaraq 957,5 min manat, qeyri-faiz xərcləri 4 dəfə azalaraq 2,1 mln. manat təşkil edib.

Beləliklə, bank birinci rübü 1,4 mln. manat xalis faiz mənfəəti, 811 min manat xalis qeyri-faiz zərəri ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7 dəfə və 10,4 dəfə azdır.

Qeyd edək ki, 2015-ci il aprelin 1-nə "Kredobank"ın məcmu kapitalı 55,984 mln. manat, nizamnamə kapitalı 50,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi